Operativ Məlumat Mərkəzi

Nicat Abasov Karlsenlə ilk görüşdən məğlub ayrılıb

1 dəq
Paylaş:
Nicat Abasov Karlsenlə ilk görüşdən məğlub ayrılıb

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 28 yaşlı qrosmeyster bu raundda norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Güclü rəqibinə qarşı qara fiqurlarla oynayan şahmatçımız ilk dueldən məğlub ayrılıb.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Dommaracu Qukeşi üstələyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər