Əsas məzmuna keç

Neymar 79 qolluq rekorddan sonra yenidən zədələndi

Neymar 79 qolluq rekorddan sonra yenidən zədələndi

Braziliya yığmasının ulduzu Neymarın sağ baldır əzələsində problem aşkarlanıb. "O Globo" nəşri hücumçunun son durumu və ardıcıl xəsarətlərinin detallarını açıqladı.

en ru

raziliya millisinin hücumçusu Neymarın səhhətində problemlər yaranıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “O ” məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu mayın 17-də çempionatında “Koritiba”ya qarşı keçirilən oyunda zədələnib. Bildirilib ki, Neymarın sağ baldır əzələsində şişkinlik aşkarlanıb.

Qeyd edək ki, iştirak etdiyi hər üç dünya çempionatında zədələrlə üzləşib. O, 2022-ci ildə Serbiyaya qarşı qrup mərhələsi matçında zədələnmişdi.

2018-ci ildə isə futbolçu sağ ayağındakı zədə səbəbindən uzun müddət müalicə almış və mundiala tam hazır vəziyyətdə qatıla bilməmişdi.

2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Neymar üçüncü bel fəqərəsini sındırdığı üçün Almaniyaya qarşı yarımfinal oyununu buraxmışdı. Həmin görüşdə Braziliya 1:7 hesabı ilə məğlub olmuşdu.

34 yaşlı hücumçu 2023-cü ildən etibarən Braziliya millisində meydana çıxmayıb. Neymar milli komanda ilə Olimpiya Oyunlarında qızıl və gümüş medal qazanıb, Konfederasiyalar Kubokunun qalibi olub və Copa America-nın finalına yüksəlib.

O, Braziliya millisinin heyətində keçirdiyi 128 oyunda 79 qol vuraraq komandanın ən məhsuldar futbolçusu rekordunu əlində saxlayır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…