Yeni Zelandiya ABŞ prezidenti Donald Trampın Sülh Şurasına qoşulmaq dəvətini rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu barədə Baş nazir Kristofer Lakson açıqlama verib.
O bildirib ki, Yeni Zelandiya hökuməti Prezident Trampın dəvətini nəzərdən keçirib və Sülh Şurasına hazırkı formada qoşulmamaq qərarına gəlib.
Xarici işlər naziri Uinston Peters də Yeni Zelandiyanın təşkilatı dəstəkləyəcəyini, lakin Sülh Şurasına qoşulmayacağını vurğulayıb:
"Həm indi, həm də gələcəkdə bu yeni strukturun mandatı ilə bağlı aydınlığa ehtiyacımız var".
Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Sülh Şurasının nizamnaməsini imzalayıblar.