Niderland Krallığı 2028-ci ilə qədər Rusiya ilə baş verə biləcək mümkün münaqişəyə texniki cəhətdən tam hazır olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi yanında dövlət katibi Geys Teynman "BNR" radiostansiyasının efirində çıxışı zamanı bildirib.
Dövlət rəsmisi qeyd edib ki, müəyyən olunmuş müddətə qədər ordunun arsenalı əhəmiyyətli dərəcədə gücləndiriləcək:
“Yeni tank bölmələri tam hazır vəziyyətə gətiriləcək. Əlavə F-35 qırıcı təyyarələri arsenalı zənginləşdirəcək. Sifariş edilmiş müasir artilleriya sistemləri ölkəyə təslim ediləcək”.
Teynman həmçinin vurğulayıb ki, Müdafiə Nazirliyi irimiqyaslı münaqişələrə hazırlıq çərçivəsində Şimal dənizinin təhlükəsizliyini təmin etmək üçün radiolokasiya sistemləri, zirehli maşınlar və yaralıların daşınması üçün mobil hospital funksiyasını yerinə yetirən xüsusi qatarların alınmasını planlaşdırır.