İsrailin Baş naziri Benyamin Netanyahu ürəyinə kardiostimulyator qoşulduqdan sonra xəstəxanadan buraxılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Eyni zamanda, bu gün İsrail parlamentində hüquq islahatlarına dair ikinci və üçüncü oxunuşlarda səsvermə keçiriləcək. Bununla bağlı ölkədə minlərlə şəxsin iştirakı ilə etiraz aksiyaları keçirilir. Netanyahunun bu gün Knessetə gəlib-gəlməyəcəyi hələ məlum deyil.