Əsas məzmuna keç

Netanyahu "Mossad"ın növbəti direktorunu seçib

Netanyahu "Mossad"ın növbəti direktorunu seçib

Baş nazirin hərbi məsələlər üzrə müavini, general-mayor Roman Qofman “Mossad”ın növbəti direktoru seçilib. “Bir sıra namizədlərlə söhbət apardıqdan...

İsrailin xarici xidməti olan “”ın növbəti direktorunun adı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən xəbər verir ki, Baş nazirin hərbi məsələlər üzrə müavini, general-mayor Roman Qofman “Mossad”ın növbəti direktoru seçilib.

“Bir sıra namizədlərlə söhbət apardıqdan sonra, Benyamin özünün hərbi məsələlər üzrə köməkçisi general-mayor Roman Qofmanı “Mossad”ın rəhbəri vəzifəsinə seçib”, - Netanyahunun ofisi bildirib.

Qeyd edək ki, kəşfiyyat orqanının hazırki rəhbəri David Barneanın vəzifə müddəti gələn ilin iyun ayında bitəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…