Operativ Məlumat Mərkəzi

Netanyahu İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirdiyini açıqlayıb

1 dəq
Paylaş:
Netanyahu İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirdiyini açıqlayıb

İsrail Qəzza zolağında hərbi əməliyyatı genişləndirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu açıqlama ilə İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu çıxış edib.

“Biz Qəzza zolağında hərbi əməliyyatları genişləndiririk. HƏMAS üzərində tam qələbəyə qədər müharibəni davam etdirəcəyik", - deyə Baş nazir bəyan edib.

Netanyahunun sözlərinə görə, bu, girovları qaytarmağın, HƏMAS-ı məhv etməyin və Qəzzanın artıq İsrail üçün təhlükə olmamasını təmin etməyin yeganə yoludur. “Bu vaxt aparacaq, lakin biz birik və sona qədər mübarizə aparmaq əzmindəyik, - deyə o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər