İsrail “həm düşmənlərə, həm də müttəfiqlərinə” deyir ki, Qəzza zolağında girovlar azad olunmasa, orada müvəqqəti atəşkəslə razılaşmayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Mən düşmənlərimizə və dostlarımıza bir daha bəyan etmək istəyirəm ki, girovlarımız qaytarılmadan atəşkəs olmayacaq” – hökumət başçısı bildirib.