Operativ Məlumat Mərkəzi

Netanyahu: İsrail bütün Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırır

1 dəq
Paylaş:
Netanyahu: İsrail bütün Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırır
bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib. "Bu, HƏMAS-ın dağıdılması, kütləvi hərbi repressiyalara paralel olaraq, bizim kütləvi...

İsrail Qəzza zolağının bütün ərazisi üzərində hərbi nəzarəti bərqərar etməyi hədəfləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Bu, HƏMAS-ın dağıdılması, kütləvi hərbi repressiyalara paralel olaraq, bizim kütləvi işğalımızla, mahiyyətcə bütün Qəzzaya nəzarəti bərqərar etmək və HƏMAS-ı humanitar yardımları talamaq imkanından məhrum etməkdir. Bu, hərbi plan və qələbə planıdır", - Netanyahu bildirib.

Bölgədə gələcək fəaliyyətlərlə bağlı sualı cavablandıran baş nazir qeyd edib ki, İsrail ordusu hazırda orada “böyük, gərgin və güclü fəaliyyət” aparır.

"Biz sektorun bütün torpaqlarına nəzarəti quracağıq. Bunu edəcəyik", - deyə vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər