İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazır olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Sky News" telekanalına açıqlamasında deyib.
“Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi varianta müraciət etmək istəyi ilə birgə işləyə bilər", - deyə Netanyahu vurğulayıb.