Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Netanyahu-Vens savaşı: İranla bağlı qərar uğrunda mübarizə

2 dəq
Paylaş:
Netanyahu-Vens savaşı: İranla bağlı qərar uğrunda mübarizə

ABŞ-nin vitse-prezidenti və İsrailin arasında İranla bağlı siyasət məsələsində fikir ayrılığı yaranıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Axios” portalının ABŞ və İsrail rəsmilərinə istinadən yaydığı məlumata görə, tərəflər arasında mövqelər getdikcə kəskinləşib və fikir ayrılıqları şəxsi qarşıdurmaya çevrilib.

Məlumata görə, Cey Di Vens İran məsələsində diplomatik həll yolunun tərəfdarıdır. isə İranla bağlı mümkün anlaşma memorandumuna qarşı çıxır.

Mənbələr bildirir ki, iki siyasətçi arasında gərginlik uzun müddətdir davam edir. Netanyahu Vensin ona qarşı ictimai tənqidlərindən narazı olduğu halda, vitse- İsrail Baş nazirini ABŞ və İsrail mediasında ona qarşı kampaniya aparmaqda ittiham edir.

Vensin fikrincə, Netanyahu ABŞ ilə İran arasında mümkün razılaşmanın qarşısını almağa çalışır və ABŞ Prezidenti Donald Trampa qarşı kifayət qədər dəstək göstərmir.

Yaranmış vəziyyətlə bağlı çərşənbə axşamı Vaşinqtonda Cey Di Vens və Benyamin Netanyahu arasında təkbətək görüş keçirilib. Rəsmi şəxslər görüşü "birbaşa və səmimi" müzakirə kimi qiymətləndiriblər.

Qeyd olunur ki, tərəflər arasında münasibətlər mart ayında keçirilən telefon danışığından sonra pisləşib. Həmin vaxt Vens İsrail rəhbərliyinin müharibənin gedişatı ilə bağlı qiymətləndirmələrini həddindən artıq nikbin hesab etdiyini bildirib.

İyul ayında isə vitse-prezident İsrail hökumətinin bəzi üzvlərini ABŞ-ni diplomatik həll yolundan uzaqlaşdıraraq müharibəni davam etdirməyə sövq etməyə çalışmaqda ittiham edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax