Operativ Məlumat Mərkəzi

Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb

1 dəq
Paylaş:
Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun Xəqani küçəsində yanğın baş verməsi barədə məlumat daxil...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun Xəqani küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mətbəxdə olan 1 ədəd qabyuyan, 1 ədəd paltaryuyan maşın və qaz sobası yanıb.

Mənzil yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər