Nəsiman Yaqublu VƏFAT ETDİ - FOTO - YENİLƏNİB

Nəsiman Yaqublu VƏFAT ETDİ - FOTO - YENİLƏNİB
25.08.2024 19:55
Aa
dəq

Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən məlumat verilib.

Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.

Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb.

***

Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

Həftənin ən çox oxunanları

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu

Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb

Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb
DAVAMIN OXU davamın oxu

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib

Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib
DAVAMIN OXU davamın oxu