Əsas məzmuna keç

Nənəsi Mahir Emrelini məhkəməyə verdi - SƏBƏB

Nənəsi Mahir Emrelini məhkəməyə verdi - SƏBƏB

iddiaçı futbolçunun nənəsi Quliyeva Mahirə Həmid qızıdır. İşin mahiyyəti mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlıdır.  Əldə etdiyimiz məlumata...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Hazırda Türkiyənin "” klubunda çıxış edən Mahir Emreli və bacısı Ayişə Emreli məhkəməyə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iddiaçı futbolçunun nənəsi Quliyeva Mahirə Həmid qızıdır. İşin mahiyyəti mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlıdır.

Əldə etdiyimiz məlumata görə, Mahirə Quliyeva birinci instansiya məhkəməsində istəyinə bilməyib. Bu baxımdan, futbolçunun nənəsi apellyasiya şikayəti verib.

İş hazırda Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır.

İki il əvvəl isə Mahir Emrelinin Elnurə Emreli keçmiş həyat yoldaşı, tanınmış prodüsser Mədətovu və onun anası Mahirə Quliyevanı məhkəməyə verib. O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.

Həmin vaxt Anar Mədətov da məhkəməyə müraciət edərək, keçmiş arvadına qarşı iddia qaldırıb. Prodüsser də əmlakın bölüşdürülməsini istəyib.

Nəsimi Rayon Məhkəməsi tərəflərin iddiasını qismən təmin etsə də, Anar Mədətov qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu çəkişmənin sonu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.

Bəzi məlumatlara görə, Mahirə Quliyeva ilə nəvələri arasında olan məhkəmə çəkişməsi əvvəlki prosesin davamıdır.

Mahir Emrelinin atası Anar Mədətov keçmiş xanımı Elnurə Emreli ilə boşanmadan başqa bir qadınla evləndiyinə görə ailədə narazılıq yaranıb. Futbolçu və bacısı bu olaydan sonra atasının soyadından imtina edib.

''Qaynarinfo''

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…