“Neftçi”nin futbolçusu: “Zenit” əvvəlki kimi güclü komanda deyil

“Neftçi”nin futbolçusu: “Zenit” əvvəlki kimi güclü komanda deyil
15.11.2023 18:19
Aa
dəq

“Uzun illər Rusiya Premyer Liqasında çıxış etmişəm və bu müddətdə “Zenit”ə qarşı çox oynamışam”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Reziuan Mirzov Bakıda Rusiyanın “Zenit” komandasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi Sankt-Peterburq təmsilçisinin son illərdə xeyli dəyişdiyini bildirib: “O vaxt komandanın heyətində Halk, Aksel Vitsel kimi ulduz futbolçular var idi. Bütün rəqiblərindən üstün futbol sərgiləyirdilər. İndi isə vəziyyət dəyişib. Artıq rəqiblərini 4-5 top fərqi ilə udmurlar. Hətta bəxt amili də olur. Ona görə də bu, əvvəlki “Zenit” deyil. Tula “Arsenal”ında oynayarkən bu komandaya 4:2 hesabı ilə qalib gəlmişdik. Həmin matçda ikinci qolun müəllifi mən olmuşdum”.

Rusiyalı oyunçu “Zenit”ə qol vurmağa çalışacağını söyləyib: “Bunun rəsmi oyun və ya yoldaşlıq matçı olmasının heç bir fərqi yoxdur. Mütləq fərqlənmək lazımdır. Güclü rəqibə qarşı oynayacağıq. Belə komandalarla bir matçlar bəzən həftəlik məşqdən daha faydalı olur. Bunun “Zenit”ə də xeyri olacaq. Çünki avrokuboklarda iştirak edə bilmirlər. Onlar üçün də fərqli təcrübədir”.

“Neftçi”nin cari mövsümdəki çıxışını da dəyərləndirən R. Mirzov çətin dövrdən keçdiklərini söyləyib: “Nəticələr ürəkaçan deyil, vəziyyəti dəyişmək lazımdır. Son oyun da bizim üçün yaxşı alınmadı. Meydanda yaxşı mübarizə aparıb nəticə qazanmaq lazımdır ki, həm futbolçulara olan münasibət, həm də turnir cədvəlindəki vəziyyət dəyişsin. Ev oyunlarında daha yaxşı çıxış etməliyik".

Təcrübəli futbolçu “Neftçi”yə yeni gələndə heyətə düşməkdə çətinlik çəkməsinin səbəbini də açıqlayıb: “Buraya gəlməmişdən öncə 3 ay fərdi qaydada məşq etmişdim. “Neftçi”yə qoşulanda komanda Qəbələdə təlim-məşq toplanışında idi. Forma yığmağa çalışırdım. Bunu isə oyunlar zamanı daha yaxşı etmək olur. Ona görə də həmin vaxt deyə bilməzdim ki, məni hər matçda meydana buraxın. Yavaş-yavaş əvvəlki formama qayıdıram”.

Karyerasından da söz açan yarımmüdafiəçi Rusiyanın ən böyük klublarından biri olan Moskva “Spartak”ında çıxış etdiyini vurğulayıb: “Ölkədə ən çox azarkeşi olan komandadır. Bunu Moskvadan kənarda keçirdiyimiz matçlarda da hiss edirdik. Özümüzü doğma meydanımızdakı kimi hiss edirdik. Əfsuslar olsun ki, oradakı karyeram istədiyim kimi alınmadı. Çünki “Spartak”ın öz problemləri var idi”.

Qeyd edək ki, noyabrın 18-də "Neftçi Arena"da keçiriləcək "Neftçi" -"Zenit" oyunu saat 21:00-da start götürəcək.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu