Əsas məzmuna keç

"Neftçi"nin apellyasiya şikayəti rədd edildi - Rəsmi qərar

"Neftçi"nin apellyasiya şikayəti rədd edildi - Rəsmi qərar

AFFA-nın son qərarı ilə «ağ-qaralar»ın müraciəti geri çevrildi. İntizam Komitəsinin tətbiq etdiyi sanksiya dəyişməz qaldı. Paytaxt klubunu indi nə gözləyir?

en ru

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin Misli Premyer Liqasının XXIII turunda baş tutan "Turan Tovuz"la matçla bağlı İntizam Komitəsinin qərarından şikayətini təmin etməyib.

“Operativ Məlumat Mərkəzi-OMM” qurumun rəsmi saytına istinadən xəbər verir ki, klubun azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəbindən martın 11-də paytaxt təmsilçisinin 15 000 manat cərimələnməsi barədə çıxarılan qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, martın 9-da keçirilən sözügedən qarşılaşma "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…