Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Neftçi" səfərdə "Kəpəz"in qonağı olub. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 44-cü dəqiqədə penaltidən Mate Kvirkviya vurub.
Bu qələbədən sonra ilk xallarını qazanan "sarı-göylər" 3-cü pillədə qərarlaşıb. Xalı olmayan "ağ-qaralar" isə 8-cidir.
Tura saat 20:00-da başlayacaq "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.