Nazirlik: Vətəndaşlarda olan qanunsuz silah-sursatların könüllü təhvil verilməsi prosesi davam edir

Nazirlik: Vətəndaşlarda olan qanunsuz silah-sursatların könüllü təhvil verilməsi prosesi davam edir
08.12.2023 08:40
Aa
dəq

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ötən günlər ərzində Səbail Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakinləri E.Hüseynov dünyasını dəyişən babasından qalan “İJ-18”, R.Əbilova dünyasını dəyişən həyat yoldaşından qalan “Chircill” və A.Kərimov dünyasını dəyişən atasından qalan “Toz-17” markalı ov tüfənglərini könüllü olaraq təhvil veriblər. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.

Həmçinin Badamdar qəsəbəsi ərazisində odlu silah-sursatın olması barədə daxil olan məlumat əsasında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib. Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 1 ədəd “Kalaşnikov” avtomatı, 72 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd qumbara aşkar olunaraq götürülüb.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu