Nazir: “Azərbaycanın bir sıra zəngin mədəni irs nümunələri UNESCO-nun siyahısına daxil edilib"

Nazir: “Azərbaycanın bir sıra zəngin mədəni irs nümunələri UNESCO-nun siyahısına daxil edilib"
07.04.2023 11:01
Aa
dəq

“Türk dövlətlərinin zəngin maddi və mənəvi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında TÜRKSOY-un rolu əvəzolunmazdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O söyləyib ki, geniş coğrafiyada yerləşən türk dövlətlərinin zəngin təbii irsinin mövcudluğu və bu sahədə birgə fəaliyyətin aparılması TÜRKSOY-u beynəlxalq miqyasda təbii irsimizin qorunmasında əsas təşkilatlardan biri edir: “Bu xüsusda TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə Milli Komissiyalarının Türkiyənin Bursa şəhərində keçirilən 8-ci iclasında qəbul edilən qətnamələrdə qeyd olunan məsələlərin, xüsusilə təbii və mədəni irsin qorunmasında birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamaq istərdim”.

M.Babayev vurğulayıb ki, Azərbaycan Respublikası UNESCO ilə əməkdaşlığa 1992-ci ildən etibarən başlayıb və bir çox sahələr üzrə uğurlu fəaliyyətlər həyata keçirilib: “Ötən dövr ərzində Azərbaycanın bir sıra zəngin mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahısına daxil edilib və qlobal miqyasda öz layiqli yerini tutub.

Biocoğrafi cəhətdən Azərbaycanın unikal bir ərazidə yerləşməsi və bunun nəticəsində müxtəlif ekosistemlərin formalaşması bizə bu ərazilərinin bəzilərinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsinə imkan yaradır”.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu