Əsas məzmuna keç

Maliyyə naziri: 2030-cu ilədək dövlət büdcəsinin neftdən asılılığı 30 faizə endiriləcək

Maliyyə naziri: 2030-cu ilədək dövlət büdcəsinin neftdən asılılığı 30 faizə endiriləcək

Sahil Babayev dövlət büdcəsinin əsas prioritetlərini açıqlayıb və neft gəlirlərindən asılılığın azaldılması istiqamətində qarşıya qoyulan hədəfləri şərh edib.

en ru

Maliyyə naziri Sahil Babayev "Operativ Məlumat Mərkəzi-OMM" və AzTV-yə verdiyi müsahibədə dövlət büdcəsinin əsas prioritetlərindən və uzunmüddətli iqtisadi hədəflərdən danışıb. Nazir bildirib ki, büdcə xərclərində müdafiə qabiliyyətinin və təhlükəsizliyin təmin edilməsi, "Böyük " Proqramının icrası, eləcə də sosial rifah tədbirlərinin maliyyələşdirilməsi prioritet olaraq qalacaq.

Sahil Babayev qeyd edib ki, bu istiqamətlər 2027-ci il və sonrakı dövr üçün büdcə parametrlərinə daxil edilib. Bununla yanaşı, hökumətin əsas məqsədlərindən biri dövlət büdcəsinin neftdən asılılığını mərhələli şəkildə azaltmaqdır:

  • Ötən il dövlət büdcəsində neftin payı 48 faiz təşkil edib.
  • Cari ildə bu rəqəmin icra göstəricilərinə əsasən 42-43 faiz aralığında olacağı proqnozlaşdırılır.
  • 2030-cu ilədək neftin payının 30 faizə endirilməsi hədəflənir.

Nazirin sözlərinə görə, bu dəyişiklik büdcənin 70 faizinin qeyri-neft gəlirləri hesabına formalaşması deməkdir ki, bu da beş illik dövr üçün qarşıya qoyulan ciddi iqtisadi hədəflərdən biridir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…