Əsas məzmuna keç

Dövlət müəssisələri üçün yeni hesabat qaydası

Dövlət müəssisələri üçün yeni hesabat qaydası

Sahil Babayev yeni qərar imzaladı: Publik hüquqi şəxslər gəlir-xərc, mənfəət və borc öhdəlikləri barədə hesabat verəcək. Ədliyyə Nazirliyinə göndərilən detallar...

en ru

Maliyyə Nazirliyinin Kollegiyası dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, eləcə də dövlət adından yaradılan hüquqi şəxslərin quruma təqdim edəcəyi məlumat və formalarını təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı nazir yeni qərar imzalayıb.

Qərara əsasən, bu təşkilatlar pul vəsaitlərinin hərəkəti (gəlir və smetası), mənfəət-zərər, maliyyə vəziyyəti, ticarət debitor borcları və ticarət kreditor borcları barədə proqnoz məlumatları, eləcə də kapitalda dəyişikliklər haqqında hesabat təqdim edəcəklər.

Maliyyə Nazirliyinin Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…