Naxçıvanın rabitə və nəqliyyat sahəsinin inkişafı üzrə perspektiv planlar müzakirə olunub

Naxçıvanın rabitə və nəqliyyat sahəsinin inkişafı üzrə perspektiv planlar müzakirə olunub
08.06.2023 13:52
Aa
dəq

Naxçıvanın rabitə, kommunikasiya və nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvanın aidiyyətli qurumlarının rəhbərləri ilə görüşüblər.

Görüşdə Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər geniş müzakirə edilib. Naxçıvanda telekommunikasiya, nəqliyyat, rəqəmsallaşma, mobil rabitə, poçt və digər sahələrdə sürətli inkişaf üzrə perspektiv planlara toxunulub konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib, görüləcək işlərin planlanması, əlaqələndirilməsi və təhlili üzrə işçi qrupu yaradılıb.

Səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeylə tanış olublar.

Həftənin ən çox oxunanları

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb
DAVAMIN OXU davamın oxu

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

“Google”dan rəsmi proqramlarla bağlı yenilik
DAVAMIN OXU davamın oxu

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir
DAVAMIN OXU davamın oxu

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
DAVAMIN OXU davamın oxu