Operativ Məlumat Mərkəzi

Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşüb

1 dəq
Paylaş:
Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşüb
hadisə Babək rayonu ərazisində qeydə alınıb. Belə ki, qəza üçün çağırışa gedən təcili tibbi yardım avtomobili minik “Mercedes” avtomobili ilə toqquşub....

Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Babək rayonu ərazisində qeydə alınıb. Belə ki, qəza üçün çağırışa gedən təcili tibbi yardım avtomobili minik “Mercedes” avtomobili ilə toqquşub. Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Babək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər