Əsas məzmuna keç

Naxçıvanda musiqi və incəsənət məktəblərində yeni imtahan qaydaları tətbiq olunacaq

Naxçıvanda musiqi və incəsənət məktəblərində yeni imtahan qaydaları tətbiq olunacaq

2025/2026-cı tədris ilindən etibarən buraxılış imtahanları Mədəniyyət Nazirliyinin rəqəmsal platformaları üzərindən mərkəzləşdirilmiş qaydada keçiriləcək.

en ru

Naxçıvan Muxtar Respublikasının Nazirliyi tabeliyində fəaliyyət göstərən uşaq və məktəblərində təhsil alan şagirdlər üçün yeni qaydaları təsdiqlənib. 2025/2026-cı tədris ilindən etibarən buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili nəzərdə tutulur.

Proses Respublikası Mədəniyyət Nazirliyinin rəqəmsal idarəetmə platforması və "MyCulture" vahid şəxsi kabineti vasitəsilə həyata keçiriləcək. İmtahanla bağlı bütün zəruri məlumatlar – tarix, vaxt və məkan barədə bildirişlər şagirdlərə SMS, elektron poçt və şəxsi kabinetləri vasitəsilə çatdırılacaq.

İmtahanların 2026-cı ilin iyun ayında keçirilməsi planlaşdırılır. Qiymətləndirmə prosesi ilə bağlı əsas məqamlar aşağıdakılardır:

  • İmtahanlar müvafiq ixtisas komissiyaları tərəfindən aparılacaq.
  • Qiymətləndirmə 5 ballıq sistem əsasında həyata keçiriləcək.
  • Yekun nəticə komissiya üzvlərinin verdiyi balların orta göstəricisinə əsasən müəyyən olunacaq.

Tətbiq edilən bu yeniliklər uşaq musiqi və incəsənət təhsilində qiymətləndirmə sisteminin müasir standartlara uyğunlaşdırılması, şəffaflığın təmin edilməsi və təhsilin keyfiyyətinin artırılması məqsədi daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…