Operativ Məlumat Mərkəzi

Naxçıvan şəhərinə yeni icra başçısı təyin edilib

1 dəq
Paylaş:
Naxçıvan şəhərinə yeni icra başçısı təyin edilib
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Prezident İlham...

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, C.Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilinin Ankara şəhərində alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2016-cı il aprelin 18-dən bu təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışırdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər