Əsas məzmuna keç

Naxçıvan MR-in yeni Baş naziri təyin olunub

Naxçıvan MR-in yeni Baş naziri təyin olunub

Prezidentin təqdimatı ilə Cabbar Musayev Muxtar Respublikanın hökumət rəhbəri vəzifəsinə gətirildi. Ali Məclisin qərarı və yeni kadrın dosyesi ilə tanış olun.

en ru

Respublikasında yeni vəzifəsinə Cabbar gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qərar Naxçıvan MR Ali Məclisi tərəfindən Prezidentinin təqdimatı əsasında qəbul olunub.

Cabbar Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilini Ankara şəhərində almış, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

Karyerası ərzində 2004–2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb. 2013–2016-cı illərdə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-də direktor müavini olub. 2016-cı ilin aprelindən isə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsini icra edib.

Cabbar Musayev həmçinin dövlət qulluğunun müşaviridir və Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 4 noyabr 2024-cü il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…