Operativ Məlumat Mərkəzi

Naxçıvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb

2 dəq
Paylaş:
Naxçıvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
{"az":"bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb. İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü...","en":"","ru":""}

Mayın 31-i Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlunun yaşadığı Püsyan kəndi ərazisində həmkəndlisi Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər