NATO Yaponiya, Cənubi Koreya və Avstraliya liderlərini sammitə dəvət edəcək

NATO Yaponiya, Cənubi Koreya və Avstraliya liderlərini sammitə dəvət edəcək
14.05.2025 06:31
Aa
dəq

NATO rəhbərliyi Asiya-Sakit Okean regionu (APR) ölkələri ilə əlaqələri gücləndirmək kursunu davam etdirərək, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya liderlərini alyansın iyun sammitinə dəvət etmək niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

İyunun 24-ü və 25-də Haaqada keçiriləcək sammit zamanı NATO-nun Asiyadakı tərəfdaşları ilə ayrıca görüşlərin keçirilməyəcəyi gözlənilir, lakin NATO-nun baş katibi Mark Rutte bu ölkələrin liderləri ilə görüşə bilər.

Qeyd edilib kİ, NATO Rusiyaya məhdudlaşdırıcı təsir göstərmək üçün ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyasının təşəbbüsü ilə üç il əvvəl Asiya-Sakit okean tərəfdaş ölkələrinin liderlərini sammitlərə dəvət etməyə başlayıb.

Alyans Qərbin təhdid hesab etdiyi iqtisadiyyat və təhlükəsizlik sahələrində Rusiya və Çin arasında münasibətlərin möhkəmlənməsi fonunda Asiya-Sakit okean regionu ilə əlaqələri daha da inkişaf etdirməyi planlaşdırır.

Həftənin ən çox oxunanları