Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ankarada NATO Zirvəsi çərçivəsində Baltikyanı ölkələrin təhlükəsizliyi müzakirə edilib

3 dəq
Paylaş:
Ankarada NATO Zirvəsi çərçivəsində Baltikyanı ölkələrin təhlükəsizliyi müzakirə edilib

Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Baltikyanı regionun təhlükəsizliyinə həsr olunmuş xüsusi panel keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Administrasiyasının Kommunikasiya İdarəsi, Münhen Konfransı (MSC) və Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) birgə təşkil etdiyi paneldə Baltikyanı regionun müdafiə potensialı və mövcud riskləri müzakirə olunub.

Məlumata görə, “Narva nə üçün növbəti hədəf deyil: Baltikyanı ölkələrin müdafiəsizliyi ilə bağlı fərziyyələrin təhlili” adlı paneldə Latviyanın naziri Baiba Braze, Litvanın NATO-dakı daimi nümayəndəsi Darius Jauniskis və Xarici İşlər Nazirliyinin siyasi direktoru Martin Rocer çıxış ediblər.

Latviyanın xarici işlər naziri Baiba Braze bildirib ki, Rusiya hazırda NATO ilə birbaşa qarşıdurmaya hazır deyil, lakin müxtəlif saxta dilemmalar yaradaraq gərginliyi artırmağa çalışır. O, daxili təhlükəsizlik, sərhəd mühafizəsi və kəşfiyyat sahəsində əməkdaşlığın gücləndirilməsinin, həmçinin NATO-nun çəkindirici gücünün effektivliyinin qorunmasının vacibliyini vurğulayıb. Nazir, eyni zamanda, Ukraynaya dəstəyi zəiflətməyə yönəlmiş dezinformasiya kampaniyalarına qarşı ayıq-sayıq olmağa çağırıb.

Litvanın NATO-dakı daimi nümayəndəsi Darius Jauniskis isə Belarusun Rusiyadan ayrı qiymətləndirilməsinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, Minsk enerji və maliyyə baxımından tamamilə Moskvadan asılıdır və sərhəddə baş verən təxribat xarakterli hadisələr regionun təhlükəsizliyi üçün ciddi risk yaradır.

Estoniya Xarici İşlər Nazirliyinin siyasi direktoru Martin Rocer isə kiber-təhlükəsizlik məsələlərinin əhəmiyyətinə diqqət çəkərək bildirib ki, dövlət qurumlarının bu sahədə gördüyü işlər cəmiyyətin dayanıqlığını artırır. O, Estoniyanın Narva şəhərinin Rusiyanın növbəti hədəfi olacağı ilə bağlı iddiaları rədd edərək vurğulayıb ki, ölkənin milli və müttəfiqlərlə birlikdə qurduğu çəkindirici sistem Rusiyanın belə bir addım atmasına imkan verməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax