Əsas məzmuna keç

NATO Rusiyanın Estoniyanın hava məkanını pozmasını qınadı

NATO Rusiyanın Estoniyanın hava məkanını pozmasını qınadı

Rusiyanın Estoniyanın hava məkanını pozması ilə bağlı keçirilən toplantıdan sonra bu müdaxiləni şəkildə pisləyərək, bunun Rusiyanın artmaqda olan məsuliyyətsiz davranışlarının bir nümunəsi olduğunu bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

NATO Şurası 19 sentyabr tarixində baş verən hava pozuntusu səbəbilə səfirlər səviyyəsində toplanıb.

Toplantıdan sonra yayılan yazılı açıqlamada bildirilib ki, hadisənin ardından Avropa Qüvvələrinin Ali Komandanı (SACEUR) üç silahlı MiG-31 təyyarəsinin Estoniya hava məkanını on dəqiqədən çox müddətdə pozduğunu NATO Şurasına məruzə edib.

Açıqlamada NATO-nun reaksiyasının sürətli və qətiyyətli olduğu, müttəfiq ölkələrə məxsus qırıcı təyyarələrin dərhal havaya qalxaraq həmin Rusiya təyyarələrini Estoniyanın hava məkanından uzaqlaşdırdığı vurğulanıb.

Bu pozuntunun Rusiyanın artmaqda olan məsuliyyətsiz davranışlarının bir hissəsi olduğu qeyd olunub və NATO Şurasının son iki həftədə ikinci dəfə 4-cü maddə çərçivəsində toplandığı xatırladılıb.

Bəyanatda həmçinin Finlandiya, Latviya, Litva, Norveç və Rumıniyanın da yaxın dövrdə oxşar hava məkanı pozuntularına məruz qaldığı bildirilib və hava məkanı pozulan bütün müttəfiqlərlə tam həmrəylik içində olunduğu xüsusi vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…