Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NATO-nun yeni müdafiə layihələri açıqlandı

2 dəq
Paylaş:
NATO-nun yeni müdafiə layihələri açıqlandı

Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində təşkil olunan Forumunda alyansın yeni layihələri təqdim edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, NATO Baş katibinin köməkçisi forumda çıxış edərək “Kosmos və Müşahidə”, “Hücum Qabiliyyətləri” və “İnteqrə edilmiş Hava və Raket Müdafiəsi” sahələrində həyata keçirilən yeni təşəbbüslər barədə məlumat verib.

Məlumata görə, NATO müttəfiqlərinin kosmik imkanlarını gücləndirmək məqsədilə “Halo” adlı yeni peyk qrupunun yaradılması layihəsinə start verilib. Bildirilib ki, layihə yüksək sürətli rabitə, kəşfiyyat və raketlərin izlənilməsi imkanlarını genişləndirəcək.

Şekerinska əlavə edib ki, Vaşinqton Zirvəsində əsası qoyulan “Kosmosdan İttifaq Davamlılığı Müşahidəsi” (APSS) təşəbbüsünə İspaniyanın qoşulması ilə iştirakçı ölkələrin sayı 19-a yüksəlib. O, həmçinin fövqəladə hallarda ehtiyat peyklərin orbitə çıxarılmasını nəzərdə tutan “Starlift” təşəbbüsü üzrə işlərin davam etdiyini bildirib.

NATO rəsmisi Türkiyənin sənayesinin alyans üçün əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, “TÜBİTAK Uzay” yüksək texnologiyalı peyklərin istehsalında mühüm rol oynayacaq. Şekerinska “ASELSAN” ilə imzalanan müqavilələri, “” milli hava müdafiə sistemi çərçivəsində radar təchizatını və “ATMACA” uzun mənzilli qanadlı raketlərinin tədarükünü yüksək qiymətləndirib.

Şekerinska NATO-nun İnteqrə edilmiş Hava və Raket Müdafiəsi sistemlərini alyansın müdafiəsinin əsas dayaqlarından biri adlandıraraq bildirib ki, son aylarda hava məkanının pozulması halları artıb və bu səbəbdən yeni texnologiyaların daha sürətli şəkildə inteqrasiya olunması vacibdir.

Forumun sonunda NATO-nun yeni müdafiə layihələri ilə bağlı rəsmi imzalama mərasimi keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax