Operativ Məlumat Mərkəzi

NATO nüvə müharibəsi təhlükəsi ilə bağlı sualı cavablandırıb

1 dəq
Paylaş:
NATO nüvə müharibəsi təhlükəsi ilə bağlı sualı cavablandırıb
bunu NATO-nun baş katibi Yens Stoltenberq "American Foreign Policy" nəşrinin sualını cavablandırarkən deyib. “Hələ ki, biz nüvə qüvvələrinin mövqeyində...

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edəcək hər hansı hərəkəti görmür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "American Foreign Policy" nəşrinin sualını cavablandırarkən deyib.

“Hələ ki, biz nüvə qüvvələrinin mövqeyində bizim tərəfimizdən dəyişiklik tələb edəcək hər hansı dəyişiklik görməmişik”, - o deyib.

Baş katib vurğulayıb ki, alyans Rusiya Federasiyasının hərəkətlərini yaxından izləyir. O, Ukrayna münaqişəsindən də danışıb. Onun fikrincə, NATO-nun Ukrayna ordusuna dəstəyi alyansı hərbi əməliyyatların iştirakçısına çevirmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər