Əsas məzmuna keç

NATO-nun Baş katibi Trampla görüşüb

NATO-nun Baş katibi Trampla görüşüb

bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb. "NATO-nun Baş katibi Mark Rütte ötən gün Palm-Biçdə (Florida) ABŞ-nin seçilmiş Prezidenti Donald...

NATO-nun Rütte Floridada ABŞ-nin yeni seçilmiş Prezidenti Trampla danışıqlar aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.

"NATO-nun Baş katibi Mark Rütte ötən gün Palm-Biçdə (Florida) ABŞ-nin seçilmiş Prezidenti Donald Trampla görüşüb", - məlumatda bildirilib.

Açıqlamada qeyd olunub ki, D. və M.Rütte alyansın üzləşdiyi geniş spektrli qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər.

Bundan əlavə, M.Rütte və onun ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Uolts, həmçinin D.Trampın beynəlxalq məsələlər üzrə komandasının nümayəndələri ilə görüşüb. Tramp Mayk Uoltsu milli təhlükəsizlik üzrə müşaviri təyin etməyi qərara alıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…