Operativ Məlumat Mərkəzi

NATO müttəfiqlərini Ukraynaya təcili dəstək verməyə çağırıb

2 dəq
Paylaş:
NATO müttəfiqlərini Ukraynaya təcili dəstək verməyə çağırıb
75-ci ildönümünü qeyd edən NATO-nun “tarixin ən güclü və ən uğurlu ittifaqı” olduğunu bildirən Stoltenberq, iki günlük görüşlərdə Ukraynaya dəstəyin daha...

Stoltenberq Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının ikinci gün iclaslarının sonunda jurnalistlərə açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 75-ci ildönümünü qeyd edən NATO-nun “tarixin ən güclü və ən uğurlu ittifaqı” olduğunu bildirən Stoltenberq, iki günlük görüşlərdə Ukraynaya dəstəyin daha qalıcı və davamlı olmasının yollarını müzakirə etdiklərini bildirib.

Bu istiqamətdə işlərin yaxın günlərdə də davam edəcəyi mesajını verən Stoltenberq, müttəfiqlərin Ukraynaya dəstəyi artırmaq üçün ən qısa zamanda hərəkətə keçməli olduğunu bildirib.

Baş katib bəyan edib ki, Ukraynaya “uzunmüddətli, razılaşdırılmış və proqnozlaşdırıla bilən öhdəliklər müvəqqəti, könüllü və qısamüddətli yardımdan daha vacibdir”.

“NATO Ukraynadakı müharibənin tərəfi deyil və olmayacaq”.

Stoltenberq öz sözlərini təkrarlayaraq bildirib ki, onlar Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq “özünümüdafiə hüququndan” istifadə edən Ukraynaya dəstək olublar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər