Bakıda "Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü - 2026" təlim kursu keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilib ki, hərbi təlim Müdafiə Nazirliyi ilə NATO arasında 2026-cı il üçün nəzərdə tutulan Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində baş tutur.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan kursda əvvəlcə iştirakçılara mövzu, ssenari və qarşıya qoyulan tapşırıqlar barədə ətraflı instruktaj verilib.
Beynəlxalq hərbi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olan bu kursun əsas məqsədi, birgə təlimlər zamanı qarşılıqlı fəaliyyətin və uyarlılıq səviyyəsinin artırılması, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsidir.
Statistikaya əsasən, təlim kursunda Azərbaycandan 28, NATO-ya üzv və tərəfdaş ölkələrdən isə 38 nəfər hərbi qulluqçu iştirak edir.