Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NATO generalı: Rusiya alyansla münaqişə axtarmır

2 dəq
Paylaş:
NATO generalı: Rusiya alyansla münaqişə axtarmır

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı, ABŞ generalı Rusiyanın Şimali Atlantika Alyansı ilə münaqişə axtarmadığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, general Almaniyada keçirilən aviasiya tədbirində çıxışı zamanı Rusiyanın NATO ilə qarşıdurma niyyətində olmadığını vurğulayıb.

"Mən məlumatlarını çox diqqətlə araşdırdım. münaqişə axtarmır. Ruslar “müdafiə ittifaqı” termininin mənasını həqiqətən başa düşürlər və bizim bəzi asimmetrik üstünlüklərimizin olduğunu da anlayırlar", - deyə Qrinkeviç bildirib.

Qeyd olunub ki, liderin fikirləri “Financial Times” nəşri tərəfindən də sitat gətirilib.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin də bir müddət əvvəl aparıcı qlobal xəbər agentliklərinin rəhbərləri ilə görüşdə ölkəsinin Avropaya qarşı hücuma hazırlaşdığı barədə iddiaları təkzib edib.

Putin bu cür açıqlamaların cəfəngiyat olduğunu, eyni zamanda ictimai rəyi çaşdırmağa yönəlmiş təxribat və dezinformasiya xarakteri daşıdığını qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax