ATO-nun mətbuat xidmətinin rəhbəri Allison Hartın sözlərinə görə, NATO-nun baş katibi Mark Rutte gələn həftə ABŞ-yə səfər edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hart bildirib ki, səfər uzun müddətdir planlaşdırılırdı və Ruttenin ABŞ-yə bu, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin başlanğıcından bəri ilk səfəri olacaq.
Qeyd olunub ki, aprelin 1-də ABŞ Prezidenti Donald Tramp NATO-dan çıxmağı ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb. Səbəb kimi alyansın İrana qarşı müharibədə passiv iştirakı göstərilib.
Lakin məlumatda vurğulanır ki, bir çox NATO üzvü ölkələri Yaxın Şərqdəki münaqişəyə müdaxilə etmək niyyətində olmadıqlarını bildiriblər və hətta bəzi ölkələr hərbi təyyarələrin öz əraziləri üzərindən uçmasını qadağan ediblər.