"Finlandiyanın və İsveçin NATO-ya üzv olması ilə bağlı ratifikasiya prosesi həm NATO, həm də mənim üçün prioritetdir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Albaniya Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Bir müddət əvvəl Türkiyə Prezidenti Ərdoğanla müzakirə apardığı xatırladan Stoltenberq əlavə edib ki, bu həftənin sonuna doğru Brüsseldə Finlandiya, İsveç və Türkiyə təmsilçilərinin görüşü olacaq və üçtərəfli anlaşma memorandumunun həyata keçirilməsi istiqamətində atılan addımlar müzakirə olunacaq.