Əsas məzmuna keç

NATO Baş katibi Çinə xəbərdarlıq edib

NATO Baş katibi Çinə xəbərdarlıq edib

“Çin Ukraynaya qarşı müharibədə kömək üçün Rusiyaya tədarükünə başlasa, böyük səhv edəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Yens Stoltenberq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nazirlərinin növbəti görüşündə və Çin arasında artan yaxınlaşmanın müzakirəsi planlaşdırılır: “Rusiya və Çinin beynəlxalq nizama və demokratik dəyərlərə meydan oxuduğu bir vaxtda həmrəy olmağımız vacibdir”.

Xatırladaq ki, daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Çinin Rusiyaya silah ötürməyəcəyinə dair vəd verdiyini bildirmişdi.

Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası keçirilir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba müzakirələrdə iştirak edir.

Aprelin 4-5-də isə Brüsseldə NATO XİN başçılarının toplantısı olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…