NATO alyansa üzv ölkələrin təhlükəsizliyi üçün birbaşa risk görmür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rumıniya radiosuna müsahibəsində NATO baş katibinin müavini Mirça Qoana bildirib.
Qoana deyib ki, NATO Rusiya ilə münaqişə istəmir. “Biz ukraynalıları dəstəkləyirik, çünki onlar bizim müharibəmizi aparırlar, bu, Avropadakı strateji reallığın oyanışıdır”, - deyə o, əlavə edib.
Onun sözlərinə görə, alyans mənfi ssenariyə hazırlaşmalıdır, lakin NATO rəhbərliyi qarşıdakı dövrdə iştirakçı ölkələrin təhlükəsizliyi üçün birbaşa risk görmür.