Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NATO ölkələri ABŞ-dən qoşunlarla bağlı aydınlıq tələb edir

2 dəq
Paylaş:
NATO ölkələri ABŞ-dən qoşunlarla bağlı aydınlıq tələb edir

Avropa ölkələri 21-22 may tarixlərində İsveçdə keçiriləcək NATO nazirlərinin görüşü zamanı ABŞ-dən qoşunların yerləşdirilməsi ilə bağlı tələb edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə " Times" diplomatlara istinadən məlumat yayıb.

Bildirilib ki, NATO müttəfiqləri hazırkı ABŞ administrasiyasının Avropadakı qoşunlarını nə vaxt və haradan çıxaracağını hələ də dəqiqləşdirməməsi faktından qıcıqlanırlar.

Nəşr yazır ki, ilə bağlı qəfil qərarlar məsələnin aktuallığını vurğulayıb.

ABŞ əvvəllər rotasiya çərçivəsində Polşaya 4000 nəfərlik briqada göndərməmək qərarına gəlmişdi. Vaşinqton həmçinin Almaniyadan 5000 əsgərini geri çəkmək niyyətindədir.

NATO diplomatları inanırlar ki, Vaşinqtonun niyyətlərini müxtəlif görüşlərdə, o cümlədən iyul ayında keçiriləcək alyansın illik sammitində açıqlamaq imkanı olacaq. Lakin ABŞ-nin planlarını açıqlayacağına dair heç bir zəmanət yoxdur.

"Çıxarılan qoşunların sayının çox olması narahatlıq doğurmur. Lakin biz proqnozlaşdırıla bilməməsindən, qərarların sürpriz kimi qəbul edilməsindən və Almaniyaya gəldikdə isə, bunun cəza kimi təqdim edilməsindən narahatıq", - nəşrin mənbələrindən biri bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax