Yaponiya hökuməti 2025-ci ildə ölkə vətəndaşlarının sayının əvvəlki illə müqayisədə 917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfərə düşdüyünü açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki,bununla bağlı xarici KİV məlumat yayıb.
Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyinin açıqladığı statistikaya əsasən, bu, rəsmi məlumatların toplanmağa başladığı 1968-ci ildən bəri qeydə alınan ən böyük illik azalma olub.
Bununla da Yaponiyada yapon vətəndaşlarının sayı 42 ildən sonra ilk dəfə 120 milyon nəfərdən aşağı enib.
Nazirliyin məlumatına görə, 2025-ci ildə ölkədə təxminən 670 min doğum qeydə alınıb. Eyni dövrdə ölənlərin sayı isə 1,6 milyona yaxın olub.
Digər tərəfdən, Yaponiyada yaşayan xarici vətəndaşların sayı artıb. Ötən illə müqayisədə 354 min nəfərlik artım qeydə alınıb və xarici sakinlərin ümumi sayı 4 milyon 31 min 159 nəfərə çatıb.
Xarici vətəndaşlar da daxil olmaqla, Yaponiyanın ümumi əhalisi 123 milyon 767 min 642 nəfər təşkil edib.
Yaponiyada əhalinin azalmasının əsas səbəbləri kimi cəmiyyətin sürətlə yaşlanması və doğum səviyyəsinin aşağı düşməsi göstərilir.