Əsas məzmuna keç

NASA Aya eniş edəcəyi tarixi açıqlayıb

NASA Aya eniş edəcəyi tarixi açıqlayıb

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) yaxın vaxtlarda Aya eniş əməliyyatlarını yenidən bərpa etmək niyyətindədir. Amerikalı astronavtların 1969-cu ildə...

ABŞ-ın Milli Agentliyi () yaxın vaxtlarda Aya əməliyyatlarını yenidən bərpa etmək niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-lərinə istinadla xəbər verir ki, amerikalı astronavtların 1969-cu ildə Aya ayaq basmasından yarım əsrdən də çox vaxt keçsə də, bu mövzu ilə bağlı ortaya atılan yeni nəzəriyyələrin ardı-arası kəsilmir.

ABŞ-ın səlahiyyətli orqanları bu səfəri yenidən təkrarlamağa hazır olduqlarını və gələn ilin yanvar ayının 25-də Aya kosmik qurğu endirməyi planlaşdırdıqlarını bəyan ediblər. “Pereqrin” adı verilən bu qurğuda insan olmayacağı üçün Aya eniş əməliyyatının bu dəfə elə də həyəcan yaratmayacağı bildirilir.

“Pereqrin” cihazı Aydan müxtəlif nümunələr toplayacaq və gələcəkdə insanlardan ibarət “Artemis” ekspedisiyanın Aya eniş əməliyyatlarının uğurlu olmasına zəmin yaradacaq.

Qeyd edək ki, indiyə qədər Aya yalnız dörd ölkə - ABŞ, SSRİ, Çin və Hindistan uğurla eniş etməyə müvəffəq olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…