İtaliyanın "Napoli" klubunun mərkəzi müdafiəçisi Rafa Marin yay transfer pəncərəsi zamanı komandanı tərk etmək ərəfəsindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
İspaniyalı futbolçu 2024-cü ildə "Real Madrid"dən 12 milyon avro qarşılığında transfer edilmişdi.
Ötən mövsümü icarə əsasında İspaniyanın "Vilyarreal" klubunda keçirən 24 yaşlı müdafiəçi, bütün turnirlər daxil olmaqla 31 matçda meydanda olub.
O, bu görüşlərdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Mövsümün yekunlaşması ilə birlikdə "Vilyarreal"ın futbolçunu daimi transfer etmək niyyətində olduğu barədə xəbərlər yayılmışdı.
Hazırda "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.
Klubun rəhbərliyi və məşqçilər heyətinin futbolçunun gələcəyi ilə bağlı yaxın vaxtlarda yekun qərar verəcəyi gözlənilir.