Operativ Məlumat Mərkəzi

ABŞ-nin qərb sahillərində güclü zəlzələ baş verdi

1 dəq
Paylaş:
ABŞ-nin qərb sahillərində güclü zəlzələ baş verdi

ABŞ-nin qərb sahillərində, Oreqon ştatı yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.

“Operativ Məlumat Mərkəzi – OMM” USGS-ə istinadən xəbər verir ki, seysmik hadisənin episentri təxminən 16.100 nəfər əhalisi olan Coos Bay şəhərindən 306 km qərbdə yerləşib. Zəlzələnin ocağı 7,1 km dərinlikdə qeydə alınıb.

Məlumata əsasən, zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmayıb. Eyni zamanda, yerli hakimiyyət orqanları tərəfindən sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq elan edilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər