Əsas məzmuna keç

Myanmada bir həftəlik milli matəm elan edilib

Myanmada bir həftəlik milli matəm elan edilib

son məlumatlara əsasən, zəlzələlər nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə 3 400 nəfərdir. Xatırladaq, martın 28-də...

Myanmanın Baş naziri Min Aun Hlayn ötən həftə baş vermiş zəlzələlərin nəticələri ilə əlaqədar bir milli matəm elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, son məlumatlara əsasən, zəlzələlər nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə 3 400 nəfərdir.

Xatırladaq, martın 28-də Myanmanın mərkəzi hissəsində 7,7 və 6,4 maqnitudalı iki baş verib. Zəlzələlər ciddi dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. təkanların episentri ölkənin paytaxtı Naypyidodan şimalda Saqayn dairəsindən təxminən 16 kilometr şimal-qərbdə yerləşib. ocağı 10 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Tailandda da hiss olunub. Paytaxt Banqkokda tikilməkdə olan hündürmərtəbəli binanın uçması nəticəsində azı 6 nəfər ölüb, onlarla insanın yaralanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…