Operativ Məlumat Mərkəzi

Müxalif partiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb

1 dəq
Paylaş:
Müxalif partiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb

Ağ Partiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli öz sosial media hesabında paylaşım edib.

"Ağ Partiya yeni qanunun bütün tələblərinə uyğun olaraq qeydə alındı", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər