Əsas məzmuna keç

Murad Ağabəyli: "Lahıcda yeni geniş "parking" sahəsi inşa olunur"

Murad Ağabəyli: "Lahıcda yeni geniş "parking" sahəsi inşa olunur"

bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib. Onun...

Tarix-Mədəniyyət Qoruğunda sıxlığının tənzimlənməsi məqsədilə yeni geniş "parking" sahəsi inşa olunur.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Lahıca ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Ağabəyli bildirib.

Onun sözlərinə görə, Lahıca turist axınının çox olması səbəbindən əraziyə avtomobillərlə giriş məhdudlaşdırılıb. Bu isə uzun müddətdir park etmə problemi yaradır.

"Lahıcda yeni, daha böyük ‘parking" sahəsinin yaradılması barədə qərar verilib. Hazırda bu istiqamətdə inşaat və bərpa işləri yekunlaşmaq üzrədir. Məqsəd turist nəqliyyatını qoruq ərazisindən kənarda saxlamaq və piyada hərəkətini rahatlaşdırmaqdır", – M.Ağabəyli deyib.

O, vurğulayıb ki, Basqalda pulsuz tətbiq olunan xüsusi parking modeli Lahıcda da tətbiq ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…