Operativ Məlumat Mərkəzi

Müdafiə naziri Zəfər parkında olub - YENİLƏNİB

1 dəq
Paylaş:
Müdafiə naziri Zəfər parkında olub - YENİLƏNİB
{"az":"onlar şəhidlərin məzarları önünə gül dəstələri qoyublar. Qeyd edək ki, bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür. *** Müdafiə Nazirliyinin...","en":"","ru":""}

Vətən Müharibəsinin dördüncü ildönümü ilə əlaqədar müdafiə naziri Zakir Həsənov və nazirliyin şəxsi heyəti İkinci Fəxri Xiyabanı ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onlar şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür.

***

Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qrup kursantı Anım Günündə Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və şəxsi heyət parkın girişindəki xatirə daşının üzərinə qızıl gül dəstələri düzüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər