Operativ Məlumat Mərkəzi

Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib

1 dəq
Paylaş:
Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

Tərəflər regional prosesləri müzakirə ediblər, regional kommunikasiyaların açılmasının əhəmiyyətinə toxunublar, sərhədlərin delimitasiyası prosesinin davamlılığının vacibliyini qarşılıqlı olaraq vurğulayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər